Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) dünyada ilk dəfə olaraq süni intellekt naziri təyin olunub.
Rueconomics.ru saytına istinadən, bu vəzifəni 27 yaşlı Ömər Bin Sultan əl-Ülamə tutub.
BƏƏ-nin vitse-prezidenti, baş nazir Şeyx Məhəmməd Biz Rəşid əl-Məktum ölkə ictimaiyyətinə açıqlada bildirib ki, yeni süni intellekt naziri vəzifəsinin yaradılması gələcəyin elm və texnologiyasının inkişafında yeni mərhələnin başlanğıcını təcəssüm edir. O xəbərdarlıq edib ki, gələcəkdə süni intellekt mövcud peşələri lazımsız edəcək.
Bundan başqa, yaxın zamanlarda Dubayda robot polislər mövcud olacaq. 2030-cu ildə isə minlərlə yerüstü və uçan sürücüsüz avtomobilin işə salınması planlaşdırılır.
© Lent.az