Banker.az daha əvvəl xəbər verdiyi kimi, bu günlərdə Bitcoin kriptovalyutasının məzənnəsi növbəti tarixi maksimuma nail olub və 6 000 dollar təşkil edib.
Hazırda dünyanın ən populyar rəqəmsal valyutasının məzənnəsinin belə artımı Bitcoin pərəstişkarları və investorlar ilə yanaşı, Bitcoin yaradıcısı Satoshi Nakamoto-nu da sevindirib. İddialara görə, o, mayninqlə məşğul olmağa başladıqdan bu yana 980 min BTC-ə sahibdir.
6 000 dollar məzənnəsi ilə Nakamoto-nun sahib olduğu bütün qəpiklərin dəyəri 5,9 milyard dollar təşkil edir ki, bunun da sayəsində kriptovalyutanın anonim yaradıcısı Forbes nəşrinin versiyasına görə planetin ən varlı insanları siyahısında 247-ci pillədə qərarlaşıb.