3 C
Baku
Saturday, December 14, 2024

“Pakistan Milli Bankı”nın Bakı filialının kredit portfelinin 100%-i porblemlidir

Pakistan Milli Bankının Bakı filialının (NBP – ing.) depozit portfeli 14,23% kiçilib, zərəri isə ötən rüblərlə müqayisədə daha da artıb.

Banker.az xəbər verir ki, bu barədə Bankın Bakı filialının 2017-ci ilin 3-cü rübə olan hesabatınada deyilir.

Hesabata görə, cari ilin ikinci rübü ilə müqayisədə depozit portfeli 93,5 min azalaraq 563 min manata düşüb.

Filialın kredit portfelində də kiçilmə var. Belə ki 2017-nin ikinci rübündə 1,4 mln. manat olduğu halda 3-cü rüb 1,3 mln. manata düşüb. Məlumat üçün bildirək ki, bu portfelin 100%- vaxtı keçmiş kreditlər sayılır ki, bunun da 20,3 mini “Ümidsiz kredit” sayılır.

Bankın zərəri öncəki rüb 57,2 min manat olduöu halda 3-cü rüb 106.33 min manata çatıb.

Bankın cəmi kapital 10,2 mln. manata, cəmi aktivləri isə 11 mln. manata düşüb.

Son xəbərlər
Digər xəbərlər