İnvestisiya portfelinin 5%-ə qədəri qızılın alınmasına yönələ bilər.
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızıl ehtiyatlarını 30 tona çatdırıb.
SOFAZ tərəfindən alınmış qızılın miqdarı hazırda ümumilikdə 970145,5 troya unsiyası və ya 30174,9 kq olub.
Xatırladaq ki, SOFAZ tərəfindən 2012-ci ilin ilk rübündən qızılın alınmasına start verilib və qızılın ölkəyə gətirilməsinə 2013-cü ildən başlanılıb. Bu ilin dekabr ayının sonuna qədər 643450,640 troya unsiyası və ya 20013,55 kq qızıl ölkəyə gətirilib.
Qeyd edək ki, SOFAZ-in strategiyasına əsasən, investisiya portfelinin 5%-ə qədəri qızılın alınmasına yönəldilə bilər.
Apa.az