Almaniya İnkişaf Bankı (KfW) ilə birgə maliyyələşdirilən “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində Gəncə Sukanal və Şəki Sukanal TSC-lərinin və “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsinin 2016-cı il üzrə maliyyə hesabatlarına dair audit xidmətlərinin satınalınması üçün kotirovka sorğusu elan edir.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana – Bakı şəhəri, Moskva prospekti, 67, “Azərsu” ASC-nin satınalmaların təşkili və idarə olunması departamentinin tenderlərin təşkili şöbəsinə (əlaqələndirici şəxs: şöbə rəisi Murad Abışevə, murad.abishev@azersu.az +994124314767 (1087) müraciət edə bilərlər.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 6 noyabr 2017-ci il saat 16.00-dan gec olmamaq şərti ilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.
Kotirovka təklifləri “Azərsu” ASC, Bakı şəhəri, Moskva prospekti, 67 nömrəli ünvanda 7 noyabr 2017-ci il saat 16.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.







