“Ziraat Bank Azərbaycan”nın Baş ofisinin açılışnda Ərdoğan da iştirak edəcək

Sabah “Ziraat Bank (Azerbaijan)” ASC-nin Bakıdakı baş ofisinin rəsmi açılışı olacaq.

Məlumata görə, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, “Ziraat Bank (Azerbaijan)” ASC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin “Ziraat Bank”ına, 0,01%-i “Ziraat Sıgorta” şirkətinə, 0,01%-i isə “Ziraat Yatırım Menkul Değerler” şirkətinə məxsusdur.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər