“Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı artırılıb. Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və Strukturunun təsdiq edilməsi barədə” qərarında edilən dəyişiklikdə bildirilir.
Dəyişikliyə görə, Cəmiyyətin nizamnamə kapitalı 546 milyon 775 min 725 manata qədər artırılıb.
“Cəmiyyətin nizamnamə kapitalı 546 775 725.05 manatdır və onun səhmlərinin nominal dəyərindən təşkil edilir.
Nizamnamə kapitalı nominal dəyəri 100 manat olan 5 467 757 ədəd adi səhmlərdən ibarətdir”, – deyə qərara dəyişiklikdə qeyd olunur.







