17 C
Baku
Friday, May 3, 2024

Məhsulların İnkişafı üzrə Mütəxəssis – Nar

Məhsulların İnkişafı üzrə Mütəxəssis

Vakansiya haqqında

İdarə : Marketinq
İş qrafiki : Standart
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 08.11.2017

Sizin əsas vəzifə öhdəlikləriniz

* Şirkətin kommersiya məqsədləri, sistem imkanları/potensialı və bazar tələbatına uyğun data və mesaj xidmətlərinin biznes tələblərini hazırlamaq
* Data və mesaj məhsulları üçün biznes əsaslandırmalar hazırlamaq, təqdim etmək və əsaslandırmaların məqsədə çatmasına nəzarət etmək
* Şirkətin kommersiya məqsədlərinə uyğun olaraq, data və mesaj məhsullarının ƏSG-ni müəyyən etmək,  icrasının ƏSG üzrə getməsinə nəzarət etmək və hesabatlar təqdim etmək
* Data və mesaj məhsulların/xidmətlərin istifadəyə verilməsini koordinasiya və idarə etmək
* Data və mesaj məhsullarının icrasını mütəmadi olaraq təkmilləşdirmək və müvafiq düzəliş və önləyici tədbirlər görmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

* İqtisadiyyat, Maliyyə və ya Marketinq üzrə Ali təhsil (MSc və ya MBA əlavə üstünlük hesab edilir)
* Məhsul Marketinqi, Proyektlərin İdarə olunması  və ya  müvafiq sahələrdə ən azı 2 il iş təcrübəsi (Telekommunikasiya sahəsində təcrübə əlavə üstünlük hesab olunur)

Sizdən tələb olunan bacarıq və səriştəliklər

* Bütövlük
* Müştəri yönümlü
* Komanda işi və əməkdaşlıq
* Nəticə yönümlü
* Layihələri idarə etmə bacarığı
* Strukturlu və metodoloji düşünmə qabiliyyəti
* Davamlı  təkmilləşmə
* Yüksək dəqiqlik və detallara diqqət yetirmə
* Gərgin iş rejimi və məhdud zaman çərçivəsində işləmə bacarığı
* Paralel olaraq müxtəlif layihə, tapşırıqları idarə etmə və təqib etmə qabiliyyəti
* Yeniliklərə öyrənməyə yüksək motivasiyalı
* Azərbaycan və İngilis dillərini mükəmməl bilmək, Rus dili əlavə üstünlükdür
* MS Office proqramlarını bilmək
* Qeyri-iş saatlarında işləmə imkanı

Müraciət etmək üçün

CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda ‘‘Məhsulların İnkişafı üzrə Mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər