Dünyanın ən öndə gedən “WhatsApp” messencerində mesaj göndərmək və digər əməliyyatlar həyata keçirmək mümkün deyil.
Banker.az bildirir ki, bu barədə Independent məlumat yayır.
Məlumata görə, Böyük Birtaniya və bir çox dünya ölkələrində bu baş verir. Mənbə bildirir ki, bu kiber hücuma məruz qalmasına bənzəmir. Lakin, istifadəçilər həmişəki qaydada internetə bağlanıb mesaj göndəriyi halda “bağlanır” kimi yazı ilə üzləşir.
Messencer özü də bu problemi təsdiqləyib və tez bir zamanda problemin aradan qalxacağını bildirib.
Yerli mənbələrdən əldə olunan xəbərə görə bu, o cümlədən Azərbaycanda da yaşanır.