Vəzifə: Mühasibatlıq işləri üzrə Assistent
Şöbə: Maliyyə
Məruzə etdiyi şöbə rəisi: Mühasib
İş yeri: Amburan İK
ƏSAS VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR
• iaşə xidməti ilə bağlı gündəlik hesabatın hazırlanması və rəhbərliyə təqdim edilməsi;
• iaşə xidməti üzrə aylıq hesabatın hazırlanması və bu xidmətin göstərildiyi tərəfdaş şirkətlərlə üzləşmənin aparılması;
• qaimələrin Kerzz Pos və 1C proqramına işlənilməsi;
• iaşə xidməti ilə bağlı gündəlik olaraq hər bir yeməyin maya dəyəri hesabatının hazırlanması və rəhbərliyə müvafiq məlumatın göndərilməsi;
• bank çıxarışının 1C proqramına daxil edilməsi
• avro və dolların gündəlik məzənnəsinin 1C proqramına daxil edilməsi;
• iaşə xidməti göstərilən şirkətlərlə debitor üzləşmə aktının hazırlanması;
• təchizatçı şirkətlərlə kreditor üzləşmə aktının hazırlanması;
• restoran əməkdaşlarının iş fəaliyyəti ilə bağlı sənədlərinin hazırlanması;
ƏLAVƏ:
• anbardar fəaliyyətini həyata keçirərkən qaimələrdə göstərilən malların faktiki gələnlərlə uyğunluğunun yüksək dəqiqlik və məsuliyyətlə yoxlanılması
• anbara qəbul etdiyim malların yerləşdirilməsi;
• xəzinədar fəaliyyətinin həyata yetirilməsi;
• xəzinədarların kiçik nominallı pullarla təmin edilməsi;
• maliyyə direktoru və mühasibin həvalə etdiyi digər işlər
TƏLƏB OLUNAN BACARIQLAR
İşin tələb olunan vaxtda yerinə yetirilməsi
Təşəbbüskarlıq
Görüləcək işlərin qabaqcadan və düzgün planlaşdırılması
Ünsiyyət qurma bacarığı
Peşəkar olmaq
BİLİK VƏ TƏCRÜBƏ:
Müvafiq vəzifədə ən azı 2 il iş təcrübəsi
Ali təhsil
Komputer bilikləri
E-mail: [email protected]