“Azərişıq” ASC-nin cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 2 374,02 mln. manat təşkil edib.
Qurumun maliyyə hesabatına istinadən, bu, 2016-cı il yanvarın 1-i ilə müqayisədə 17,1% çoxdur.
Ötən il “Azərişığ”ın cəmi öhdəlikləri 51,3% artaraq 996,302 mln. manat, cəmi kapitalı 0,6% artaraq 1 377,718 mln. manat, o cümlədən nizamnamə kapitalı 32,9% azalaraq 885,634 mln. manat olub.
2016-cı ildə səhmdar cəmiyyətinin elektrik enerjisi satışından gəlirləri 958,971 mln. manat (2015-ci ilə nisbətən 26,7% çox), satdığı məhsulun maya dəyəri 885,799 mln. manat (30,3% çox), digər əməliyyat gəlirləri 16,131 mln. manat (17,3% çox), kommersiya xərcləri 29,021 mln. manat (23,1% çox), inzibati xərcləri 12,079 mln. manat (20,2% çox), digər əməliyyat xərcləri 57,145 mln. manat (51,7% çox), sair gəlirləri 8,569 mln. manat (3,3 dəfə çox) təşkil edib. Son nəticədə qurumun vergiyəqədərki zərəri 372 min manat olub.
Ötən il “Azərişıq” əvvəlki illə müqayisədə 2,5 dəfə çox – 25,264 mln. manat mənfəət vergisi ödəyib və 2016-cı ili 25,636 mln. manat xalis zərərlə başa vurub. Bu, 2015-ci ilə nisbətən 18,1% azdır.