Vəzifəniz 1: Mühasibat uçotu departamentində Böyük Mühasib
Təcrübə, bilik və bacarıqlarınız:
İqtisadiyyat,maliyyə,mühasibat uçotu və audit sahəsində bakalavr/magistr təhsili;
Maliyyə sahəsində minimum 3 il təcrübə;
Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı;
Logo Tiger və Mikro ERP proqramlarından sərbəst istifadə bacarığı arzuolunandır;
Maliyyə,İdarəetmə,Vergi və İFRS üzrə kvalifikasiyalar;
Daim inkişafa meyillilik;
Dürüstlük, obyektivlik və təşəbbüskarlıq.
Bizimlə qazanacağınız təcrübə:
Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək;
Beynəlxalq mühasibat uçotu standartlarına uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
Beynəlxalq mühasibat uçotu standartlarına uyğun olaraq müəssisənin maliyyə nəticələrini əks etdirən maliyyə hesabatlarını hazırlayaraq Baş mühasibə təqdim etmək;
İkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
Hesabat-uçot işlərini müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak etmək və təkliflər vermək;
Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
Müəssisədə mövcud olan bütün maddi və qeyri maddi aktivlərin inventarizasiyasını təşkil etmək;
Sənədlər mübadiləsi prosesinin düzgün qurulmasını təşkil etmək;
Əsas vəsaitləri reyestrin yaradılmasını təşkil etmək;
Müqavilələr üzrə reyestri yaratmaq;
Xərclərin tanınması qaydalarını və təsnifatının yaratmaq;
Sənədlərə baxış və müvafiq tövsiyələrin verilməsi.
Sizə nə vəd edirik:
Rəqabətədavamlı əmək haqqı
Müddətsiz əmək müqaviləsi
Hədəfli karyera inkişafı və cəlbedici daxili və xarici təlimlər
Dinamik iş şəraiti
İşgüzar və mehriban kollektiv
Nəqliyyat təminatı
Nahar yeməyi
Komandamıza qoşulmaq üçün CV-nizi [email protected] ünvanına mövzu yerinə “Böyük Mühasib” qeyd etməklə göndərməyiniz xahiş olunur.
Vəzifəniz 2: Daxili Audit Departamentinin əməkdaşı
Təcrübə, bilik və bacarıqlarınız:
Distribusiya, pərakəndə, istehsalat və ya tikinti sektorları üzrə audit təcrübəsi
İqtisadiyyat,maliyyə,mühasibat uçotu və audit sahəsində bakalavr/magistr təhsili
Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı
Logo Tiger və Mikro ERP proqramlarından sərbəst istifadə bacarığı arzuolunandır
CIA,CRMA sertifakatları üstünlükdür
Səlis ingilis və rus dili
Daim inkişafa meyillilik
Dürüstlük, obyektivlik və təşəbbüskarlıq
Bizimlə qazanacağınız təcrübə:
Audit planları əsasında audit proqramlarının tərtib edilməsində iştirak.
Audit planları və proqramları əsasında daxili audit yoxlamalarının aparılması.
Təşkilatın siyasətləri, prosedurların, standartların və digər normativ sənədlərini qiymətləndirilməsi.
Təşkilatda yaranan qabaqcıl təcrübələrin qiymətləndirilməsinin aparılması.
Kənar audit proseslərinə dəstəyin göstərilməsi.
Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testləri aparılması və tapşırıqları yerinə yetirilməsi.
Daxili audit yoxlamaları zamanı dələduzluq (fraud) risklərinin qiymətləndirilməsinin aparılması.
Sizə nə vəd edirik:
Rəqabətədavamlı əmək haqqı
Müddətsiz əmək müqaviləsi
Hədəfli karyera inkişafı və cəlbedici daxili və xarici təlimlər
Dinamik iş şəraiti
İşgüzar və mehriban kollektiv
Nəqliyyat təminatı
Ləzzətli nahar yeməyi
Komandamıza qoşulmaq üçün CV-nizi [email protected] ünvanına “Daxili Audit Departamentinin əməkdaşı” qeyd etməklə göndərə bilərsiniz.