7 C
Baku
Sunday, December 15, 2024

Müəssisə və təşkilatların, sahibkarların hesabat blanklarının tərtibi və tətbiqinə dəyişiklik edilib

Nazirlər Kabineti “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nə dəyişiklik edib.

Bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydalarının 1. 1.2-ci bəndinə olunmuş dəyişikliyə əsasən ciddi hesabat blankları “Azərbaycan Hava Yolları” QSC-nin Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılan Hökümət Ödəniş Portalının, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki İnnovasiyalar Mərkəzinin “ASAN ödəniş” sisteminin ödəniş barədə” və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC tərəfindən tətbiq edilən “Poçt-maliyyə xidmətləri” (Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışları istisna olmaqla) ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış hüquqi və fiziki şəxslər tərəfindən sifarişçilərin vəsaiti hesabına çap edilir.

Qaydaların 1.6-cı bəndinə edilmiş dəyişikliyə əsasən, 2.1.1-ci, 2.1.2-ci, 2.1.3-cü, 2.3-cü, 3.5-ci, 3.6-cı, 3.7-ci, 3.8-ci, 3.9-cu və 3.10-cu bəndlərin müddəaları “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılan Hökümət Ödəniş Portalının, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki İnnovasiyalar Mərkəzinin “ASAN ödəniş” sisteminin ödəniş barədə” və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tətbiq edilən “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışlarına şamil edilmir.

Son xəbərlər
Digər xəbərlər