6 C
Baku
Monday, December 16, 2024

Əsrin İT müqaviləsi. ‘Broadcom’ ‘Qualcomm’u 130 milyard dollara ala bilər

“Broadcom” şirkəti “Qualcomm”un hər bir səhminə 70$ ödəməyə hazırdır.

Əgər razılıq əldə olunsa, bu, İT sahədə texnoloji şirkətin ən böyük alışı olacaq. “Qualcomm”un PR xidməti rəsmi olaraq təsdiq edib ki, “Broadcom” onlara alış ilə bağlı müraciət edib. Onlar “Qualcomm”u hər səhmə görə 60$ valyuta və 10$-ı öz səhmlərini verməklə almaq istəyirlər. “Broadcom” hal hazırda “Qualcomm”un səhm qiymətlərindən 10% daha yüksək qiyməti təklif edir.

Bütün bunlara baxmayaraq “Qualcomm” bu barədə hələki heç bir fikir bildirmir. Hal hazırda maliyyəçilər və hüquqşünaslar ilə konsultasiya prosesi gedir və şirkətin direktorlar şurasının hələki yekun bir qərarı yoxdur. Android Police saytının verdiyi xəbərə əsasən ABŞ höküməti bu müqavilənin bağlanmasına qarşı çıxa bilər. Bu baxımdan sözügedən müqavilənin bağlanmasında bir sıra çətinliklər var.

Qeyd etmək lazımdır ki, “Broadcam” kompüter çiplərinin istehsalı ilə məşğuldur və yarımkeçirici istehsalçıları arasında ən böyük 20 şirkət sırasına daxildir. 2016-cı ildə onu “Avago Technologies” şirkəti almışdır. Müqavilənin baş tutacağı halda onun dəyəri rekord göstərici hesab olunan 130 milyard dollar olacaq. Hal hazırda internet, və texnologiya sahəsindəki ən böyük bağlanmış müqavilə “EMC” ilə “Dell” şirkətləri arasındakı müqavilədir. Belə ki, 2015-ci ilin sonunda “Dell” “EMC”ni 67 milyard dollara almışdı.

Son xəbərlər
Digər xəbərlər