2018-ci ildə Azərbaycanda neft ÜDM-in azalması 1%, 2019-2021-ci illərdə orat illik artım 5%-ə yaxın təşkil edəcək. Bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
“2018-ci ildə neft sektorunda ÜDM-in azalması 1% təşkil edəcək. “Şahdəniz yatağının işlənməsi üzrə Mərhələ-2 layihəsi istifadəyə verildikdən sonra isə neft sektorunda artım başlanacaq, bu göstərici təxminən 5% (illik orta hesabla – İF) təşkil edəcək”, – S.Həsənova çərşənbə axşamı parlament komitələrinin 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, nazirlik 2018-ci il üçün makroiqtisadi göstəriciləri neftin bir barrelinin $45 nəzərə alınaraq hesablanıb. “2019-2021-ci illər üçün makroiqtisadi göstəricilər neftin bir barrelinin $40 səviyyəsində nəzərdə tutulub”, – nazir müavini qeyd edib.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti 2018-ci il üçün ÜDM artımını 1,5% səviyyəsində proqnozlaşdırır. 2019-cu ildə iqtisadi artım 4%, 2020-ci ildə – 3,7%, 2021-ci ildə – 2,9% səviyyəsində proqnozlaşdırır.
2016-cı ildə Azərbaycanda ÜDM-in azalması 3,1% təşkil edib. 2017-ci ildə ÜDM-in artımı 0,3% səviyyəsində proqnozlaşdırılır.