Kredit təşkilatı Mühasib vakansiyası üzrə işçi qəbulu elan edir.
Tələblər:
- Ali iqtisadi təhsil;
- Maliyyə hesabatları və vergi hesabatlarının tərtib edilməsi təcrübəsi (İFRS üzrə sertifikatlaşdırılmış biliklər arzuolunandır);
- Vergi Məcəlləsi və Əmək Məcəlləsi ilə tanışlıq, bu məcəllələrin mühasibatlıq hesablamalarına aid olan bölmələri üzrə biliklər;
- MS Office proqram paketinin tətbiqi üzrə yaxşı səviyyədə biliklər;
- Rus və ingilis dillərində oxuma, yazma.
Əsas vəzifələr:
- Müəssisənin apardığı əməliyyatların gündəlik olaraq mühasibat uçotunda əks etdirilməsi, həmin əməliyyatların ilkin sənədlərinin adekvatlığının yoxlanması;
- Balans maddələrinə gündəlik nəzarət, vaxtaşırı inventarizasiyalar keçirilməsi yolu ilə nəzarət;
- Dövlət orqanlarına (Vergi, DSMF, Statistika, Məşğulluq) təqdim edilməli olan bütün icbari hesabatların tərtib edilməsi və vaxtlı-vaxtında təqdim edilməsi;
- Aylıq maliyyə hesabatlarının tərtib edilməsi;
- Müəssisədaxili rəhbərlik hesabatlarının hazırlanması;
- İşçi heyəti ilə bağlı əmək müqavilələrinin və digər zəruri sənədlərin tərtib edilməsi, elektron hökumət portalında müvafiq rəsmiləşmələrin aparılması, işçilərə əmək haqqı və digər təminatların hesablanması.
Maraqlanan namizədlərdən öz CV-lərini [email protected] elektron poçtuna göndərməsi xahiş olunur. Sənədlərin qəbulu üçün son tarix –31.11.2017