Azərbaycan Mərkəzi Bankı tərəfindən 13.11.2017-ci il tarixində vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri barədə açıqlama verilib.
Keçirilmiş növbəti depozit hərracında tələb 790,1 mln. manat olub. Bu da tələbin hərracda cəlb olunması nəzərədə tutulan vəsaiti 4 dəfəyə yaxın üstələməsi dməkdir. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil etmişdir.