Həyatda kimdən dərs almaq lazımdır? Təbii ki, həyatlarını özləri istədikləri kimi quran insanlardan. Belə insanlardan biri də Ser Riçard Brensondur. O unikal şəxsiyyətdir.
Təsəvvür belə etmək çətindir. O nə Hollivud aktyoru, nə də avanqard tərəfdarı olan rəssam deyil. O sadəcə dünyanın ən məşhur özəl şirkətlərindən birinin sahibi, milyarder, Böyük Britaniyanın və bütün dünyanın ən məşhur insanlarından biridir.
Onun məsləhətlərinə eyniliklə riayət etmək heç də o mənaya gəlmir ki, siz də onun nail olduğu nəticələrə nail olacaqsınız. Lakin, ola bilsin ki, onun sözləri ilə özünüzün bir neçə həyati sualınıza cavab tapdınız, ola bilsin bu açar sözlər doğru qərar verməkdə sizə kömək oldu.
— İşə başla və bunu et! Bunu etməyin mümkün olacağına inan. Qarşına məqsəd qoy. Həyatı bütünlüklə yaşa. Heç vaxt təslim olma. Necə lazımdır hazırlaş. Özünə inan. Digərlərinə kömək et.
— Həyatını şən yaşa! Sevinərək yaşa, ürəkdən çalış, pullar isə gələcək. Zamanı – şansını itirmə. Həyata pozitiv nəzərlərlə bax. Əgər bu sənə sevinc gətirmirsə, başqa işlə məşğul olun.
— Cəsarətli olun. Riski qiymətləndir və risk et. Özünə inan. Öz arzularına və məqsədlərinə sadiq qal. Söz verdinsə, yerinə yetir.
— Bir günlük əldə edilən uğur o demək deyil ki, sizə hər gün pulsuz nahar verəcəklər.
-Öz ayaqlarının üzərində sərt şəkildə dayan. Özünə etibar et. Arzularının ardınca get, lakin real həyatla yaşa. Dostlarınla birgə işlə.
— Ailənə və dostlarına dəyər ver. Ailə və komanda – hər şeydən vacibdir. İnsanlara sadiq ol. Baş verən hadisələri olduğu kimi qəbul et. Pul – məqsədə çatmaq üçün bir vasitədir. Ətrafına güvənə bildiyin insanları topla və onların qabiliyyətlərini qiymətləndir.
— Nəzakətli ol və insanlara hörmət et. Adını şərəflə qoru.
— Xeyirxahlıq et. Az da olsa dünyanı dəyişməyə cəhd et. Digər insanlara kömək et və daim nə ilə faydalı olacağın barədə düşün.