Maliyyə Bazarlarına Nəzarət Palatası 2017-ci ilin 16, 20, 21 və 22 noyabr tarixlərində sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi üçün attestasiya keçirəcək.
“Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndi ilə tənzimlənən attestasiyada ümumilikdə 63 nəfərin iştirakı planlaşdırılır.
Attestasiyada iştirak etmək üçün iştirakçılar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
Attestasiyada iştirak edənlərin siyahısı ilə bu link vasitəsi ilə tanış ola bilərsiniz.