Dekabr iclasında FED-in uçot dərəcəsini artırması ehtimalı hazırda 100% təşkil səbəbdən, Türkiyə və Rusiyada dollar möhkəmlənir. Dollar lirə qarşısında möhkəmlənərək 3,90 TL səviyyəsinə yüksəlib.
Banker.az bu barədə Türkiyə KİV-nə istinadən məlumat verir.
Avro Türkiya birjalarında tarixi rekordunu yeniləyib. Belə ki, EUR/YTL cütlüyünün məzənnəsi 1 kuruş artaraq 4,6015 səviyyəsinə qalxıb. Bu göstərici cütlüyün ifadə etdiyi ən böyük göstəricidir.








