1. Dövlət qulluğuna qəbulun test imtahanı mərhələsi üçün materialların hazırlanması üzrə mütəxəssislər
Dövlət qulluğuna qəbulun test imtahanı mərhələsi üçün materialların hazırlanması üzrə mütəxəssislərin funksiyaları:
Dövlət qulluğuna qəbul imtahanlarında istifadə edilən bilik sahələri (qanunvericilik, Azərbaycan dili, informasiya texnologiyaları və məntiqi təfəkkür) üzrə aşağıdakı bacarıqlara malik olmalıdır:
- test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarının tərtibinin təşkili;
- test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizasının təşkili.
İxtisas tələbləri və digər şərtlər:
- Aşağıdakı ixtisaslardan biri üzrə ən azı bakalavr təhsilinə malik olmalıdır:
– hüquqşünaslıq;
– dövlət və bələdiyyə idarəetməsi;
– İKT sahəsi üzrə.
- Azərbaycan dilini mükəmməl bilməlidir;
- Mircrosoft Office proqramlarında yüksək səviyyədə işləməyi bacarmalı, ingilis və rus dillərini yaxşı bilməlidır;
- Test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının məxfiliyini qorumağı öhdəsinə götürməlidir.
2. Proqram təminatı üzrə mütəxəssislər
Proqram təminatı üzrə mütəxəssislərin funksiyaları:
- Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətləri ilə əlaqədar müvafiq proqram təminatının hazırlanması bacarığına malik omalıdır.
İxtisas tələbləri və digər şərtlər:
Kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi və ya onlara ekvivalent olan ixtisaslar üzrə ali təhsil, verilənlər bazasının yaradılması və idarə edilməsi üçün proqram təminatının yaradılması sahəsində bilik və bacarıqlar ( VBİS üzrə: Oracle, MS SQL Server. Proqramlaşdırma dilləri: C, C#, Java).
Müvafiq sahədə iş təcrübəsi və beynəlxalq sertifikatları olan şəxslərə üstünlük verilir. İşə götürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.
Maraqlanan şəxslərdən CV formasını buradan yükləyib tam şəkildə dolduraraq 2017-ci il noyabr ayının 25-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.