2017-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövru ilə müqayisədə 19,2% artaraq 12 mlrd. 45,1 mln. manata, xərcləri isə 20,3% artaraq 12 mlrd. 783,7 mln. manata çatıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, büdcənin icrasında yaranmış 738,6 mln. manatlıq kəsir ümumi daxili məhsulun 1,5%-ini təşkil edib.