2 C
Baku
Saturday, December 14, 2024

SOCAR: “Petkim”in gəlirləri beşqat artıb

2008-2016-cı illərdə “Petkim”in gəlirləri 4,8 dəfə artıb”.

Bunu bu gün Bakıda Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) üzvlərinin SOCAR və BP-nin yüksək vəzifəli rəsmilərinin fəaliyyətini səciyyələndirən Azərbaycanın neft strategiyasına həsr olunan işgüzar naharda SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

“Şirkətin aktivlərini 3,7 dəfə, səhmdar kapitalını isə 2,6 dəfə artıra bilmişik. Bu ilin 9 ayı ərzində “Petkim”in xalis mənfəəti 1,027 milyard lirə (266 milyon dollar) olub”, – deyə o vurğulayıb.

“Tərəfdaşlarımız AÇG-yə yeni sərmayə qoysalar, ondan uzun müddət bəhrələnə biləcək”

“SOCAR-ın həyata keçirdiyi layihələr yaxın gələcəkdə böyük maliyyə vəsaitlərinin daxil olmasına, qeyri-neft sektorunun inkişafına və iqtisadiyyatın şaxələndirilməsinə böyük töhfə verəcək”.

Onun sözlərinə görə, bu istiqamətdə SOCAR mövcud layihələrlə kifayətlənməyəcək: “Gələcəkdə də ölkəmizin və xarici tərəfdaşlarımızın maraqları çərçivəsində xaricdə və daxildə investisiya fəaliyyətini davam etdirəcək. Bu gün Azərbaycan investorlar üçün ən cazibədar ölkələrdən biridir. 25 il ərzində Azərbaycan enerji sektoruna qoyulan investisiya və Azərbaycanın enerji siyasəti bunun bariz nümunəsidir. Bu məqamda mən 14 sentyabr 2017-ci il tarixində Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun işlənməsinə dair   imzalanan yeni sazişi xüsusilə vurğulamaq istəyirəm. Bu saziş həm Azərbaycan dövlətinin, həm də beynəlxalq tərəfdaşlarımızın maraqlarına tam uyğun olan, tərəflərin uzunmüddətli qarşılıqlı maraqlarını təmin edən və qarşılıqlı mənfəət prinsipi əsasında hazırlanan bir sazişdir”.

R.Abdullayev bildirib ki, AÇG-də neft hasilatını artırmaq məqsədilə yeni investisiyaların qoyuluşuna ehtiyac var idi. Onun sözlərinə görə, SOCAR bu işi ya mövcud konsorsiumla davam etdirilməli, ya yeni şirkətlərlə müqavilə bağlamalı, ya da tələb olunan vəsaiti birbaşa yatırmalı idi: “Azərbaycan tərəfi bu variantların hər birini həyata keçirmək iqtidarında olsa da, konsorsiuma daxil olan tərəfdaşların uzun zaman bu yataqlar blokunda işlədiklərini, buradakı texniki şəraiti yaxşı bildiklərini nəzərə alaraq işləri mövcud konsorsium çərçivəsində davam etdirməyi qərara aldıq. Yeni sazişə əsasən konsorsiuma daxil olan şirkətlər artıq sadəcə 2024-cü ilə qədər yox, bundan sonra 32 il də AÇG-dən mənfəət əldə edə biləcək. Yeni sazişin daha uzun müddəti əhatə etməsi tərəfdaş şirkətlərlə SOCAR, bütövlüklə Azərbaycan dövləti arasında olan böyük inam və etimadın təzahürüdür. Bu da şübhəsiz ki, bizim illər ərzində etibarlı tərəfdaş kimi ortaya qoyduğumuz mövqedən qaynaqlanır. Yeni saziş eyni zamanda, Azərbaycanın zəngin neft yataqlarına sahib olduğunu və hələ uzun illər qlobal enerji təhlükəsizliyinə dəyərli töhfə verəcəyini bir daha sübut edib. Digər tərəfdən AÇG üzrə yeni sazişin imzalanması tərəfdaş şirkətlərin inamını bir daha gücləndirib ki, onlar layihəyə yeni sərmayə qoysalar, qoyduqları sərmayədən uzun müddət bəhrələnə biləcək”.

SOCAR prezidenti qeyd edib ki, hazırda AÇG-də 6 hasilat platforması, 2 texnoloji platforma olmaqla ümumilikdə 8 platforma  fəaliyyət göstərir. O qeyd edib ki, yeni sazişin ardınca SOCAR tərəfdaşlarla AÇG sahəsində əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsədilə mühəndis layihə işlərinin həyata keçirilməsi haqqında razılıq əldə edilib.

Son xəbərlər
Digər xəbərlər