8 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda bu şəxslər üçün yeni yaşayış kompleksi salınır

Hazırda Abşeron rayonunun Saray qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əməkdaşları üçün yaşayış kompleksinin salınması üçün uğurlu addımlar atılır.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov təşkilatın VII qurultayında çıxışı zamanı deyib.

H.Qurbanov bildirib ki, son 5 ildə AMEA-ya məxsus olan, amma etinasızlıq nəticəsində digər təşkilatlar tərəfindən ələ keçirilən çoxlu sayda torpaq sahələri, elmi obyektlər geri alınıb.

O əlavə edib ki, son illərdə AMEA əməkdaşlarını uçuz qiymətə kənd təsərrüfatı məhsulları ilə təmin etməyə çalışırlar. Bu prosesin getdikcə genişləndiriləcəyini deyən H.Qurbanov qeyd edib ki, Akademiya şəhərciyində bu məhsulların satışını təşkil etmək üçün mağaza açılması zərurəti yaranıb:

“Ümid edirəm ki, yaxın zamanlarda AMEA-nın İşlər İdarəsi ilə bu məsələni həll edəcəyik. Eyni zamanda, Akademiya əməkdaşları üçün poliklinikanın yaradılması da öz həllini tapacaq”.

MənbəASAN Radio
Son xəbərlər
Digər xəbərlər