Məhsullarının İnkişafı üzrə Mütəxəssis – Nar

Məhsullarının İnkişafı üzrə Mütəxəssis

Vakansiya haqqında

İdarə : Marketinq
İş qrafiki : Standart
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 30.11.2017

Sizin əsas vəzifə öhdəlikləriniz

* Şirkətin kommersiya məqsədləri, sistem imkanları/potensialı və bazar tələbatına uyğun məhsul və xidmətlərin biznes tələblərinin hazırlanması
* Məhsul və xidmətlər üçün biznes əsaslandırmaların hazırlanması, təqdim edilməsi və əsaslandırmaların məqsədə çatmasına nəzarət
* Şirkətin kommersiya məqsədlərinə uyğun olaraq, məhsul və xidmətlərin ƏSG-in müəyyən edilməsi,  icrasının ƏSG üzrə getməsinə nəzarət və hesabatların hazırlanması
* Məhsul və xidmətlərin istifadəyə verilməsini koordinasiya və idarə edilməsi
* Məhsul və xidmətlərin icrasının mütəmadi olaraq təkmilləşdirilməsi və müvafiq düzəliş və önləyici tədbirlərin alınması

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

* İqtisadiyyat, Maliyyə və ya Marketinq üzrə Ali təhsil (MSc və ya MBA əlavə üstünlük hesab edilir)
* Məhsul Marketinqi və ya müvafiq sahələrdə ən azı 2 il iş təcrübəsi (Telekommunikasiya sahəsində təcrübə əlavə üstünlük hesab olunur)

Sizdən tələb olunan bacarıq və səriştəliklər

* Bütövlük
* Müştəri yönümlü
* Komanda işi və əməkdaşlıq
* Nəticə yönümlü
* Layihələri idarə etmə bacarığı
* Strukturlu və metodoloji düşünmə qabiliyyəti
* Davamlı  təkmilləşmə
* Yüksək dəqiqlik və detallara diqqət yetirmə
* Gərgin iş rejimi və məhdud zaman çərçivəsində işləmə bacarığı
* Paralel olaraq müxtəlif layihə, tapşırıqları idarə etmə və təqib etmə qabiliyyəti
* Yeniliklərə öyrənməyə yüksək motivasiyalı
* Azərbaycan və İngilis dillərini mükəmməl bilmək, Rus dili əlavə üstünlükdür
* MS Office proqramlarını bilmək
* Qeyri-iş saatlarında işləmə imkanı

Müraciət etmək üçün

CV-nizi hr@azerfon.az e-mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda  ‘’Məhsullarının İnkişafı üzrə Mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər