Britaniya funt sterlinqi dünyanın aparıcı valyutaları sırasında ən çox dəyərə malik valyuta olaraq qalır.
Banker.az xəbər verir ki, bu məlumat İsveçrənin UBS bankının təhlilində yer alıb.
Həmçinin sözügedən hesabatda deyilir: “Elə düşünürük ki, funt əvvəl olduğu kimi hələ də bahadır. Brexit səbəbindən böhran ərəfəsində funt sterlinqin məzənnəsi dünya valyutalarına nəzərən əhəmiyyətli dərəcədə enmək riski ilə qarşı-qarşıyadır”.
UBS analitiklərinin gəldikləri nəticəyə görə, Britaniya funtu ən yaxın rəqibi Kanada dollarından fərqli olaraq digər dünya valyutalarından 5% daha çox dəyərə sahibdir.