7 C
Baku
Thursday, December 12, 2024

Təkraredilməz Pablo Eskobar

Pablo Eskobar XX əsr kriminal dünyasının ən kobud və qəddar nümayəndəsi kimi məşhurdur. O kasıb ailədən çıxmışdı. Pablo ağıllı və çox fəal idi. Lakin 16 yaşı olduqda onu məktəbdən qovurlar və o artıq pul qazanmağa başlayır.

Onun ilk biznesi – məzar daşlarının oğurlanması, üzərlərinin düzəldilməsi və yenidən satılması idi. İkinci biznesi isə – maşın oğurluğu idi. Pablo maşın sahiblərinə təklif edirdi ki, onların maşınlarının oğurlanmaması üçün ona pul ödəsinlər.

Daha sonradan Eskobarın fəaliyyəti onu narkoticarətə gətirib çıxarır. 1977-ci illərdə Kolumbiya, Peru və Boliviyada böyük narkoticarət qrupları Medellin kartelində birləşirlər. Onların başçısı isə təbii olaraq Pablo Eskobar olur. Pablo Eskobar belə bir bizneslə 30-cu illərdə milyarderə çevrilir və xeyriyyəçiliklə məşğul olmağa başlayır. O Medellində kvartallar, məktəblər və stadionlar inşa etdirir. Əhalinin aşağı təbəqəsi onu dəstəkləməyə başlayır və 1984-cü ildə Pablo prezidentliyə namizədliyini irəli sürür. Lakin Kolumbiya Ədliyyə Nazirliyinin rəhbəri narko baron əleyhinə kampaniya yaradır. Bundan bir neçə ay sonra nazir öz xidmət avtomobilində güllələnir.

ubit_pablo

Bu bütün ölkədə narko ticarətlə müharibənin başlanğıcı olur. ABŞ-ın dəstəyi ilə narkolaboratoriyalar bağlanır, işçilər həbs edilir. Bu müharibə 6 il davam edir və 50 mindən artıq insan həlak olur.

1989-cu ildə Pablo tərkibində 107 insan olan təyyarəni partlatmaq əməliyyatını təşkil edir. Elə həmin ildə Ali Məhkəmənin sədri öldürülür, mitinqlər də partlayışlar həyata keçirilir. Pablo Eskobar vasitəsilə ziyan görmüş insanlar onun əleyhinə “Los Pepes” təşkilatını yaradırlar. Bu təşkilat üzvləri onun sahib olduğu əmlakı partladır, narkobiznes ilə məşğul olan hər kəsi öldürür. Karteldə ABŞ-dan olan 727 təyyarə işləyirdi. Bir reys zamanı təyyarə 15 ton kokain və 25 milyon dollar daşıyırdı. SSRİ-də bir dəfəyə 40 ton narkotik daşıyan sualtı qayıq alınmışdı. Pablo Eskobar Kolumbiyaya borcların qaytarılmasını tələb etsə də, ABŞ onu hərbi qüvvələrin tətbiqi ilə təhdid etmişdi.

Nəticədə, Pablo ekstradisiyanın ləğvinə nail olur və hökumət qüvvələrinə təslim olur. O diskotekası, hovuzu, saunası və futbol meydançası olan şəxsi həbsxanasına yollanır. Pablo öz həbsxanasında öz həmkarlarını işini icra etməmələrinə görə cəzalandırırdı. Hökumət onu ABŞ-a göndərməyi qərara aldıqda Pablo qaçmağı bacarır. Eskobar hökumətlə razılığa gəlməyə çalışır. Lakin bu zaman ABŞ Kolumbiyaya narkoticarətlə mübarizə aparmaq üçün 65 milyon dollar təklif edir və əvəzində Pablonun başını istəyir. 1993-cü ildə narkokartel dağılır.

1993-cü il, 2 dekabrda Pablo Eskobar Medellindəki evində gizlənərkən həyat yoldaşına zəng edir. Bütün zənglər dinlənildiyindən Eskobarın yeri təyin edilir və evə basqın təşkil edilir. Snayper atəşlə Eskobarı başından vuraraq öldürür. Narkobaronun dəfn mərasiminə 20 min insan toplaşır. Onlar tabutun qapağını açaraq kumirlərinə son dəfə də olsa toxunmaq istəyirlər. Pablo Eskobarın 34 əmlakı, yarım milyon hektar ərazisi, 40 qədimi avtomobili, içərisində nadir heyvanlar olan zooparkı var idi. Bundan əlavə baron öz 400-ə yaxın sevgilisi üçün müxtəlif gözəllik salonlu və incə təchizat əşyaları ilə zənginləşdirilmiş şəhər inşa etdirmişdi. Eskobarın ölümündən sonra onun əmlakı oğurlanır, zooparkdakı heyvanlar qidasızlıqdan tələf olur, sevgililərinin isə yarı faizi zavoda işləməyə göndərilir, yarı faizi isə fahişəyə çevrilir. Kolumbiya hökuməti Pablo Eskobarın əmlaklarından birində yaradılmış muzeyi heç cür dağıda bilmir.

Son xəbərlər
Digər xəbərlər