9 C
Baku
Saturday, December 21, 2024

Qazanılması çətin, lakin həyati vacib vərdişlər

Bəzən həyatda ən yaxşı şeylər pulsuz da ola bilir, lakin adətən onların əldə edilməsi üçün çox zaman, güc və dayanıqlılıq tələb olunur. Banker.az qazanılması çətin, lakin mütləq olan vərdişləri təqdim edir.

Başqalarının halına yaymaq:

Empatiya – əksər insanların unutmuş olduğu əsas insani qabiliyyətdir. Bu başqa bir insanın hiss etdiyini duymaqdır. Məhz empatiya insanlarla işləyən adi mütəxəssisləri birinci dərəcəli edir, məhz empatiya əməkdaşları bir komanda olmağa ilhamlandırır, öz apatiyanın öhdəsindən gəlməyə və sadə əmək haqqından daha çoxuna köklənməyə kömək edir.

Doyunca yuxu almaq:

Günlük rejimə mümkün qədər riayət etmək çox vacibdir. Bu yuxunuzun keyfiyyətinə müsbət təsir edəcək. Müəyyən intizama riayət edərək daha yaxşı yatacaqsınız və yuxudan gümrah oyanacaqsınız.

Zamanı planlaşdırmaq:

Öz zamanını planlaşdırmağı bacarmaq hazırda xüsusi olaraq qiymətləndirilir. Təəssüflər olsun ki, tək universal time-management metodu mövcud deyil. Özünüzə uyğun qrafik təşkil edin və mümkün qədər riayət edin.

Kömək istəmək:

Nə vaxt köməyə lazım olduğunu anlamağı öyrənir. Təbii ki, qarşımızdakı insanın gözündə zəif və yaxud bacarıqsız görünmək istəmədiyimizdən bunu etmək ilk baxışdan asan təsir bağışlamır. Lakin, alimlərin araşdırmalarına görə, belə bir xahiş sizi kolleqalarınızın gözündə daha da etibarlı edəcək.

Müsbət daxili dialoq aparmaq:

Digərlərinin haqqınızda nə düşündüyü vacib deyil. Vacib olan sizin özünüzün haqqında nə düşündüyünüzdür. Lakin ətrafınızdakı insanların sizə inanmadığı bir zamanda belə bir özünə inam səviyyəsi yaratmağa çox zaman tələb olunur. Bu səbəbdən də pozitiv daxili dialoq bu qədər vacibdir. Əksinə, özünüz haqqında mənfi düşüncələr sizi əminlikdən məhrum edəcək.

Başqalarının işinə qarışmamaq:

Başqalarının işinə qarışmaqla heç kimə kömək etmiş olmayacaqsınız və yalnızca zamanınızı, gücünüzü və vəsaitlərinizi boşa sərf edəcəksiniz. Bunu anlamağa isə təəssüflər olsun ki, uzun müddət lazım gəlir.

Müsahibini dinləmək:

İşdə daimi zənglər və ismarıclar diqqəti yayındırır və müsahibin nitqinə konsentrasiya olmaq bir o qədər də asan olmur. Söhbət əsnasında diqqətinizi toplaya bilmirsinizsə, müsahibinizin son cümləsini təkrarlamağı sınaqdan keçirin. Bununla heç bir detalı nəzərdən qaçırmayacaqsınız.

Lazımi anda susmağı bacarmaq:

Bəzən fikirlərimizi dilə gətirməkdən çəkinmək ən düzgün qərar olur. Gərgin, məyus və yaxud həyəcanlı olduqda ağlımıza ilk gələni dilimizə gətiririk. Daha sonra isə buna çox təəssüf edirik.

Dedi-qodudan imtina etmək:

Etibar – istənilən münasibətin təməlidir. Qeybət və arxadan deyilən sözlər isə bu etibarı anındaca yox edir. Bununla yanaşı, başqalarını müzakirə etməyi tərgitmək kifayət qədər çətindir. Əsas odur məqsədinizdən imtina etməyin və böyük mükafat qazanacaqsınız  – etibar!

Öz fikirlərini idarə etmək:

İstədiyiniz işlə məşğul olmaq və arzusunda olduğunuz məqsədlərə nail olmaq üçün şüurlu şəkildə düşüncələrinizi lazımi məcraya yönləndirməlisiniz. Bu prosesin əsas çətinliyi keçmiş təcrübənin güclü şəkildə bizə və düşüncələrimizə təsir etməsidir. Lakin unutmayın ki, keçmiş gələcəyinizə diktə etməməlidir.

Yeni dillər öyrənmək:

Bu vərdiş yalnızca karyera üstünlüyü və müxtəlif ölkələrdən olan insanlarla ünsiyyət qurmaq imkanı qazandırmaqla kifayətlənməyəcək. Yeni dil ilə dünyaya yeni baxış tərzi, yeni emosiyalar, yeni düşüncə tərzləri yaranır.

Özünüz ilə dürüst olmaq:

Öz yanlışlığını etiraf etmək kifayət qədər çətindir. Lakin hər kəs səhv edir. Ən pisi isə səhv olduğumuzu dərk etmədikdə və bunlardan heç bir dərs çıxarmadıqda yaşanır.

 

Son xəbərlər
Digər xəbərlər