13 C
Baku
Friday, November 22, 2024

Kredit tarixçəsinin keyfiyyəti

Borcalanın kredit tarixçəsini yalnız ağ-qara prizmada nəzərdən keçirmək olmaz. Onlarda ilk baxışda göründüyündən daha çox rəng çalarları vardır. Bu müxtəlif rənglər içərisində daha yaxşı oriyentasiya oluna bilən o bankirlərdir ki, onlar təsadüfən gecikmə etmiş olan insanları, bilərəkdən borcu gecikdirən və ümumiyyətlə borclarını ödəməyən insanlardan fərqləndirməyi bacarırlar. Ümumiyyətlə götürdükdə isə kredit tarixçəsi, yaxşı, pis, korlanmış və ideal şəkildə ola bilər.

Pis kredit tarixçəsinə sahib olan insanlar, daima imtina cavabları ilə üzləşir və bankdan borc almağa ümid bəsləyə bilmirlər. Bir qayda olaraq, bu vətəndaşlar əvvəllər borclarını vaxtında ödəməyib və bankı ya kollektor xidmətinə, ya məhkəməyə müraciət etmək məcburiyyətində qoymuşdur. Yaxın gələcəkdə bu borcalanlar bankdan kredit almağa arxayın ola bilməz. Bu insanlar üçün pul almağın yeganə üsulu mikro maliyyə təşkilatına müraciət etməkdir.

Korlanmış kredit tarixçəsi bankları elə də dəhşətli şəkildə qorxutmur. Söhbət yarım ilə qədər müddət ərzində gecikməyə yol vermiş borcalanlardan gedir. Belə bank müştəriləri əgər borclarını gecikmə ilə olsa belə ödəyiblərsə, bankdan kredit almağa ümidli ola bilər, amma söhbət heç də bütün banklardan və kredit departamentlərindən getmir. Kredit almaq üçün siz bir çox bankları dolaşmalı və sizə razılıq verəcək bankı tapmalı olacaqsınız
Bu zaman çox güman ki, bank sizdən krediti təminata almaq üçün girov tələb etsin və ya krediti daha da yüksək, artırılmış faizlə rəsmiləşdirsin.

Hal-hazırda pis və ya korlanmış kredit tarixçəsinə sahib olan müştərilər əhalinin 15%-ni təşkil edir. Ən geniş yayılan isə yaxşı kredit tarixçəsidir. Belə borcalanlar keçmişdə çox az, barmaqla sayılacaq qədər xırda gecikmələrə yol veriblər. Onlar demək olar ki, istənilən bankda kreditə ümid bəsləyə bilər.

İdeal kredit tarixçəsi – bu gecikmələrin tamamı ilə olmadığı və qrafik üzrə səlis ödənişləri edən müştərilərin kredit tarixçələridir. Təsadüfi gecikmələrdən yayınmaq üçün, belə vətəndaşlar borcu əksər halda öncədən ödəyirlər. Belə müştərilərə bankirlər də daha aşağı və ya güzəştli kredit şərtləri təklif edirlər.

Təəssüf ki, belə borcalanlar çox nadir tapılır və onların sayı azalmaq üzrədir.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.