11 C
Baku
Wednesday, December 3, 2025
Home Maliyyə xəbərləri Bank xəbərləri Palata: Bank sektoru real sektorun kreditləşdirilməsinə qayıtmalıdır

Palata: Bank sektoru real sektorun kreditləşdirilməsinə qayıtmalıdır

0
Palata: Bank sektoru real sektorun kreditləşdirilməsinə qayıtmalıdır

Azərbaycanın bank sektoru cari vəziyyətə uyğunlaşıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov belə hesab edir.

“Azərbaycanın bank sektoru 2015-2016-cı illərdə problemlərlə üzləşib”, – deyə o, bu gün II Bankçılıq Forumunda bildirib.

Baş icraçı direktorun sözlərinə görə, hazırda bank sektoru 6,5 mlrd. manat məbləğində likvidliyə malikdir. “Hazırda əsas vəzifə bu vəsaitlərin iqtisadiyyatın real sektoruna yönəldilməsini təmin etməkdir”, – deyə o qeyd edib.

İ.Alışov əlavə edib ki, sentyabrda bankların kredit portfeli 62 mln. manat artıb. “Biz kreditləşdirilmədə müsbət tendensiyalar müşahidə edirik. Bu, hələ ki, özünü rabitə və ASK sektorlarının kreditləşdirilməsinin müvafiq olaraq 27% və 12% artımında göstərir”, – deyə o vurğulayıb.

Baş direktor deyib ki, palata risklərin qiymətləndirilməsi əsasında bank nəzarəti sisteminin tətbiqi üçün beynəlxalq maliyyə institutları ilə məsləhətləşmələr aparır.