10 C
Baku
Thursday, December 4, 2025

Sabiq bankir Ülvi Mansurov vəzifəsini tərk edib

“Azərpoçt” MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb.

“Azərpoçt”dakı mənbə bildirib ki, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb.

“Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib”, – deyə mənbə vurğulayıb.

Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub.

“Azərpoçt” MMC-nin mətbuat katibi Günel Gözəlova isə  bildirilib ki, onun Ü.Mansurov işdən çıxması barədə məlumatı yoxdur.

Maraqlıdır ki, “Azərpoçt” MMC-nin rəsmi saytında “Rəhbərlik” bölməsində Ü.Mansurov barədə məlumat yoxdur.

Xatırladaq ki, Ü.Mansurov “Azərpoçt” MMC-dən öncə Bankların birinin İdarə Heyəti sədrinin müavini olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər