Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) informasiya texnologiyalarının cari arxitekturasının diaqnostikası və əməliyyat modelinin təkmilləşdirilməsi üçün məsləhətçi cəlb etməyi planlaşdırır.
Palatadan verilən məlumata görə, seçim tender yolu ilə həyata keçirilir.
Tender təklifləri qiymətləndirilərkən maliyyə və digər amillər nəzərə alınacaq.
Tender təklifləri 2018-ci il yanvarın 11-dək təqdim edilməlidir, tender proseduru yanvarın 12-də keçiriləcək.
Tenderdə iştirak haqqı 450 manatdır.






