18 C
Baku
Saturday, November 2, 2024

2017-ci ilin ən yaxşı smartfonları elan edildi

Banker.az xəbər verir ki, TechRadar nəşri 2017-ci ildə bazarda peyda olmuş smartfonların reytinqini təşkil edib. TOP-15 gadget jurnalın saytında nəşr edilib.

İlk və ikinci pilləni Cənubi koreyalı Samsung şirkətinin Galaxy S8 və Galaxy S8 Plus smartfonları tutub. Ekspertlər smartfonların kamerasının keyfiyyətini, fəaliyyət tezliyini və dizaynını qiymətləndirib. Həmçinin üçlüyə “bazarda ən yaxşı kamera və mükəmmməl displey”-ə görə Google Pixel 2 cihazı daxil olub.

Apple şirkətinin məhsulları böyük təəccüb doğuraraq liderlər siyahısına daxil olmayıb. Dördüncü pillədə yer alan iPhone X smartfonu “inanılmaz dərəcədə baha olması və parlayan ekran” səbəbindən jurnalistlər tərəfindən tənqid olunub. iPhone 8 Plus modeli isə ümumiyyətlə doqquzuncu pillədə qərarlaşıb.

Həmçinin reytinqə Huawei Mate 10 Pro, Samsung Galaxy Note 8, LG V30, LG G6, OnePlus 5T, Google Pixel 2 XL, Sony Xperia XZ Premium, HTC U11, iPhone 8, Honor 9 smartfonları daxil olub.

Son xəbərlər
Digər xəbərlər