Azərbaycan və Xorvatiya gəmilər üçün ehtiyat hissələrinin birgə istehsalını təşkil edə bilər. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Azərbaycan və Xorvatiya Qaradağ Sənaye Parkının ərazisində gəmilər üçün ehtiyat hissələrinin birgə istehsalı üzrə əməkdaşlıq edə bilər”, – deyə o, Bakıda Xorvatiyanın baş nazirinin müavini Martina Daliçlə görüşdə bildirib.
Nazir Xorvatiya şirkətləri üçün ölkəmizin sənaye və neft-kimya potensialına, bu sahədə həyata keçirilən layihələrə dair təqdimat keçirilməsini təklif edib.Onun sözlərinə görə, Xorvatiya, həmçinin Azərbaycanın tranzit potensialından istifadə edə, ölkələrimiz arasında turizm sahəsində əlaqələrin inkişafı üçün birbaşa reyslər açıla bilər.
M.Daliç ölkələrimiz arasında İKT, kənd təsərrüfatı, sənaye, turizm və s. sahələrdə əməkdaşlıq üçün imkanları diqqətə çatdırıb.