6 C
Baku
Sunday, December 15, 2024

“Tabaterra” Sumqayıtda siqaret istehsalı həyata keçirəcək

“Tabaterra” QSC Sumqayıt Kimya Sənaye Parkı ərazisində siqaret istehsalı müəssisəsi inşa edəcək. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

“”Tabaterra” QSC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Sənaye Parkının ərazisində “Tabaterra” QSC beynəlxalq standartlara cavab verən tütün məmulatları istehsalını həyata keçirəcək. Şirkət tərəfindən ildə 7 milyard ədəd siqaret istehsal edəcək müəssisə inşa olunacaq”, – deyə məlumatda bildirilir.

Üç növdə tütün məmulatları istehsal edəcək müəssisədə 200 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulur.

Bununla da, Sənaye Parkının rezidentlərinin sayı 13-ə çatıb

Son xəbərlər
Digər xəbərlər