10 C
Baku
Friday, December 13, 2024

Rza Zərrabın məhkəmısi lirəni çökdürə bilər

Rza Zərrabın Amerika məhkəməsində şahidlik etməsi Türkiyə lirəsini daha da ucuzlaşdıra bilər.

Bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Ekspertin sözlərinə görə, məhkəmə Türkiyə banklarının və ya hətta hər hansı bir bankın İran ilə sanksiyalardan kənar əməkdaşlıq etdiyini təsdiq edərsə, vəziyyət dəyişə bilər:

“O halda bu həm qardaş dövlətə maliyyə cəriməsi, həm də bəzi banklara sanksiyalarla nəticələnə bilər. Bu isə Türkiyə üçün əlavə xərc yaratmaqla yanaşı, qonşu ölkə banklarının beynəlxalq sövdələşmələrinə və eləcə də kredit reytinqlərinə mənfi təsir göstərər”.

V.Bayramov bildirib ki, bunun baş verəcəyi halda lirənin daha çox dəyər itirəcəyi də qaçılmaz olacaq:

“Buna görə də, Zərrabın məhkəməsi heç də bir iş adamının mühakimə olunması ilə məhdudlaşmır”.

Son xəbərlər
Digər xəbərlər