10 C
Baku
Friday, December 13, 2024

Bitkoinin qiymətində volatillik aradan qalxacaq, yerli analitiklər deyir

ABŞ maliyyə tənzimləyiciləri CME (Çikaqo əmtəə birjası) və CBOE-də (Çikaqo opsion birjası) bitkoin kriptovalyutası ilə müddətli (fyuçers) əməliyyatlarnın aparılmasına icazə verib. “Bloomberg” agentliyinə istinadən xəbərə görə, əməliyyatların dekabrın 18-dən başlayacağı bildirilir.

Yerli analitik qrupu Report bitkoinlə fyuçers əməliyyatlarının təşkilatlanmış və tənzimlənən birjada işə başlamasından sonra bitkoin əməliyyatlarında volatilliyin azalacağını bildirir. Belə ki, iri fondların bitkoin bazarına daxil olması ilə adı çəkilən kriptovalyutaya investisiyalar artacaq.

Qeyd edək ki, ABŞ-ın texnologiya birjası olan NASDAQ da bir neçə gün əvvəl bitkoinlə əməliyyatlar üçün tənzimləyici orqanlara müraciət edib. Analitik qrup bitkoinin qiymətinin bir qədər azalaraq sabitləşəcəyini ehtimal edir.

Son xəbərlər
Digər xəbərlər