10 C
Baku
Thursday, December 12, 2024

Fəal və özünə əmin olanlar üçün proqressiv əmək bazarı

XX əsrdə insanlar işləməkdən qaçırdılar. XXI əsrdə isə iş yerlərinin çatışmamazlığı müşahidə olunur, çalışmaq istəyənlərin sayı isə getdikcə artır.

Dünya böhranları, siyasi oyunlar və məmur spekulyasiyaları əhalinin rifahında hiss olunacaq dərəcədə əks olunur. Həmçinin bu kafi iş yerlərinin sayında da əks olunur.

Müasir dünya maraqlıdır, lakin rəqabət məsələsində yetərincə qəddardır. Yalnız zamanla ayaqlaşaraq uğur qazanmaq olar. Çünki yaxşı mütəxəssislərin sayı artır.  İş yerlərinin sayı isə azalır. Buna görə əmək bazarında, ilk növbədə, yüksək bilik keyfiyyəti nümayiş etdirmək lazımdır. Hansı fəaliyyət sahəsində işləməsindən asılı olmayaraq bir çox insanlar xarici dillər öyrənirlər.

Maraqlı və perspektiv iş təklif edə bilən mütərəqqi işə götürənlər hər tərəfli, yaradıcı və öz üzərində işləyən əməkdaşlarla çalışmağa üstünlük verirlər. Bugünkü gündə ingilis dilini bilmədən Avropada iş tapmaq, demək olar ki, mümkün deyil.

Yaş maneə deyil

Düşünən insan yaşından asılı olmayaraq xarici dil öyrənə bilər. Praktika onu göstərir ki, cəmiyyətdə gənclərin daha bacarıqlı olduqları haqqında yayılmış fikirlərin yanlışdır. İstək və məqsəd olduğu halda insanlar müxtəlif yaşlarda asanlıqla həm rəqəmsal texnologiyaları, həm də dilləri mənimsəyirlər.

İradə gücünə sahib olmaq çox vacibdir. Əgər tənbəllik etsəniz, yaxşı iş yeri tapa bilməyəcəksiniz və yeni biliklər mənimsəyə bilməyəcəksiniz. Dünya bir yerdə durmur. O, daim inkişaf edir və insan zamanla ayaqlaşmağa məcburdur.

Xarici dilləri bilmək artıq uzun zamandır ki, təəcüblü hesab edilmir. Əksinə, bugünkü gündə xarici dil bilməyən insanlar təəccübə səbəb olurlar.

Uğurlu olmaq

İş axtararkən qarşılaşdığınız çətinliklərə baxmayaraq təslim olmaq lazım deyil. Mümkün olmayan heç nə yoxdur. Öz dəyərinizi bildiyiniz və öz üzərinizdə çalışdığınız halda hər şeyə nail ola bilərsiniz. Hansısa səbəbdən məyus olmağınız məqsədinizə doğru irəlilədiyiniz yolda sizin üşün maneə olmamalıdır.

Müasir insanı uğura aparan amillər özünə və öz gücünə əminlik, məqsədlərini dəqiq bilmək və yaranan maneələri dəf etmək istəyidir.

Son xəbərlər
Digər xəbərlər