10 C
Baku
Thursday, December 12, 2024

Dalay Lama liderlik haqqında

Dalay-lama altı mükəmməl xüsusiyyət haqqında

1. Səxavətlilik

Bir çox biznes münaqişələrin səbəbi hökmranlığa can atan rəhbərlərin tamahkar olmaqlarındadır. Bu xüsusiyyət səxavətliyə ziddir. Şirkətin uğuru üçün rəhbərliyin məhsuldar işi böyük əhəmiyyət daşıyır. Lakin həqiqi nəticəyə bütün əməkdaşların birgə səyləri nəticəsində nail olmaq olar.

Bütün səyləri və uğurları öz adına yazmağa çıxartmağa çalışan lider digər çalışanların motivasiyasını dağıdır. Yaxşı rəhbər yeri gələndə təriflərə xəsislik etmir. Bir çox uğurlu təşkilatların liderləri yaxşı nəticələri komandasının hesabına yazan təvəzökar insandır. Səxavətlilik müdrikliklə vəhdəd təşkil etməlidir. Səxavətlik göstərək lider bu addımın həm uzun müddətli, həm də qısa müddətli təsirlərini nəzərə almalıdır.

2. Etik intizam

Özünə qarşı intizamlı olmaq asan bir öhdəlik deyil. Mən adətən intizamı «ağlın əhlilləşdirilməsi» adlandırıram. İntizamsız şüur filə bənzəyir – əgər onu nəzarətdən buraxsaq, o hər yeri dağıdacaq. Əsas öhdəlik neqativ anları və emosiyaları, həmçinin tamahkarlığı, qəzəbi, nifrəti, qorxunu, özünə əminsizliyi və paxıllıq hisslərini idrə etməkdən ibarətdir.

Şüurun təbiətini onu göl şəklində təsəvvür etməklə anlamaq olar. Gölün üzərində dalğalar gəzdiyi zaman, yəni şüur neqativ fikirlərin və emosiyaların təsirinə məruz qaldıqda suyun dibindən palçıq qalxır və su bulanıq olur. Fırtına sakitləşdiyi zaman palçıq gölün dibinə yatır və göl yenidən şəffaf olur, yəni şüur sakitləşir. Fırtına deyildikdə mənfi motivlərin və emosiyaların təsiri nəzərdə tutulur. Hər hansı bir qərar qəbul etməmişdən əvvəl mənfi fikirlərdən azad olmaq lazımdır. Öz şüurumuzu idarə etməyi öyrənməsək biz bu azadlıqdan istifadə edə bilməyəcəyik.

3. Səbr

Özünüzdə tərbiyə etməli olduğunuz səbr sizi qıcıqlandıran hadisələrə hazır olmağın yeganə yoludur. Məsələn, düşmənçilik, tənqid və yaxud məyus olmaq. Qəzəbləndiyiniz zaman səbr sizə sakit qalmağa kömək edəcək.

Buna nail olmaq üçün öz şüurunuzu məşq etdirməlisiniz, onu sakit və səbrli halda saxlamağı öyrənməlisiniz.

4.  Məşğulluq

Məşğulluğumuzun dərəcəsi məqsədlərimizin vacibliyindən və motivasiyamızdan asılıdır. Hər bir insan enerji ehtiyatına sahibdir. Enerji həvəs yaranan zaman çıxır. Belə bir həvəs yaratmaq bacarığı liderin ən vacib xüsusiyyətlərindən biridir.

5. Konsentrasiya

Konsentrasiya deyəndə mən insanın öz ruhi enerjisini bir problemdə cəmləşdirilməsini nəzərdə tuturam. Adətən insanlar fikrini bir obyekt üzərində toplaya bilmirlər, onların diqqəti dağılır. Onlar keçmişi xatırlayaraq, gələcək haqqında narahat olaraq və iş yoldaşları və ailə üzvləri ilə münasibətləri haqqında düşünərək çox vaxt itirirlər. Lakin konsentrasiya olmağı bacarmayan insanlar öz şüurlarını bir sal üzərində toplaya bilmirlər. Bu isə qəbul edilən qərarların keyfiyyətini yüksəltmək üçün vacibdir. Və belə insanlar lider ola bilməzlər.

6. Müdriklik

Müdriklik baş verənləri həqiqi işıqda görmək bacarığı və həmçinin dünyada heç nəyin daimi olmadığını anlamaq bacarığıdır. Gələcəkdə uzun müddətli məqsədlərə nail olmaq üçün əsl liderə qərarları qəbul edəndə müdriklik gərəkdir.

Son xəbərlər
Digər xəbərlər