7 C
Baku
Sunday, December 15, 2024

Goldman Sachs 2018-ci il üzrə neft proqnozunu yüksəldib

Amerikanın Goldman Sachs bankının ekspertləri 2018-ci ildə neft qiymətlərinin dinamikası ilə bağlı daha əvvəlki proqnozlarını yüksəldiblər.

Beləliklə, Brent markalı neftin1 barrelinin qiyməti ilə bağlı proqnoz 58 dollardan 62 dollara, WTI markalı neftin 1 barrelinin qiyməti ilə bağlı proqnoz 55 dollardan 57,50 dollara yüksəldilib. Həmçinin 2019 və 2020-ci illər üzrə də neft proqnozları yüksəldilib.

Goldman Sachs bankının Xammal araşdırmaları bölməsinin rəhbəri Ceff Karri və bankın xammal sahəsi üzrə baş strateqi Demien Kurvalin həmçinin 4 dekabrda qeyd etmişdilər ki, onların fikrincə, OPEC+ müqaviləsinin bağlanması gələn il ərzində Brent və WTI markalı neftlərin qiymətinin daha yüksək olmasına səbəb olacaq.

– Banker.az

Son xəbərlər
Digər xəbərlər