14 C
Baku
Sunday, November 24, 2024

Risklərin idarə olunması üzrə nəzəri bilik səviyyəsindən praktiki səviyyəyə keçirik

Müsahibimiz: ARDNŞ-in Iqtisadi Göstəricilər və Maliyyə Modelləşdirməsi şöbəsinin rəisi Kamal Dadaşov

    Kamal müəllim, bank sektorunda kifayət qədər təcrübəniz vardır- banklarda risklərin idarə edilməsini necə qiymətləndirirsiniz və ümumiyyətlə bu sahədə hansı boşluqları görürsünüz?

Bildiyimiz kimi banklarda risklərin idarə olunması istiqaməti çox əhəmiyyətlidir və xüsusi ilə bu sahənin inkişafına göstərilən diqqət 2008-ci il maliyyə böhranından sonrakı illəri əhatə edir. Təbii ki, bu sahənin təkmilləşdirilməsi, inkişafı üçün beynəlxalq təcrübəyə daha dərindən yiyələnməliyik. Hər bir  yeni yarananda daha çətin təsir bağışlayır və onun idarə olunması mürəkkəb görünür. Eyni ilə risklərin idarə olunmasına ayrılan diqqət  yaxın dövrləri əhatə etdiyi üçün, bununla bağlı boşluqlar da mövcuddur. Bu sahədə ən əsas boşluqlar –təcrübəli kadr çatışmamazlığı (bu ixtisası ali təhsil ocaqlarında tədris olunmaması) ilə bağlıdır. Daha sonra, beynəlxalq təcrübədə bu sahə maliyyə bazarına bağlılıq  əsasında yaradılmış və inkişaf etmişdir. Təəssüf ki, o bazar Azərbaycanda çox zəif inkişaf edib, amma bu  sahənin inkişaf perspektivi gözləniləndir. Məhz bu sahədəki boşluqlar  əsas iki göstərici üzrə qiymətləndirilə bilər.

     Məlum olduğu kimi çoxları 2014 ildə bank sektorunda dəyişikliklər gözləyir, bəs sizin gözləntiləriniz necədir?

Bildiyimiz kimi, 2014-cü ilin  əsas gözləntilərdən biri Mərkəzi Bankın tələbi ilə banklarda məcmu kapitalın 50 000 000 manata qaldırılmasıdır. Hazırda Mərkəzi Bank bu məsələ ilə bağlı banklara əlavə bir ildə möhlət vermişdir amma bankların bu prosesə hazırlığı davam edir. Bu tələb əsasında Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının likvidlik riskinin azaldılmasına təsiri olacaq. Belə ki, məcmu kapitalın artırılması nəzərdə tutulan kommersiya banklarında işin böyük həcmi yerinə yetirilmişdir. Düşünürəm ki, bankların çoxu bu minvalla bağlanmağa və ya digər iri bankların tərkibinə keçməyə məcbur olmayacaq. Əksinə bu tələb bazarda rəqabətin artmasına, bankların yeni məhsullar yaratmasına və bəzi bankların biznes istiqamətlərinin dəyişdirilməsinə gətirib çıxaracaq.

   Hazırda həm də risk konsultantı kimi fəaliyyət göstərirsiniz, risk menecerlərin və ya bankların konsultasiyası zamanı onlara ilk tövsiyyələriniz nə olur?

 Bu suala qısa cavab vermək istərdim. Banklarda fəaliyyət göstərən risk menecerlərin bacarıq səviyyəsi dəyişdiyi üçün nəzərdə tutulan tövsiyələr də fərqlidir. Ümumilikdə əsas tövsiyəm risklərin idarə olunmasını bölməsinə xüsusi diqqətin artırılmasın təmin etmək, mütəmadi bu istiqamət üzrə yenilənən məlumatları dəyərləndirmək, ən əsası təcrübəli, bu sahə üzrə xarici təhsilli professionalları cəlb etməkdən ibarətdir.

DSC_2867

   Necə düşünürsünüz, Azərbaycanda risk menecerləri nə dərəcədə xaricdə olan risk təcrübələrindən, müxtəlif modellərdən hansı səviyyədə faydalana bilirlər?

Çox sevindirici haldır ki, bu tendensiya artan xətt üzrə irəliləyir. Bizim banklar son zamanlar bu təcrübəyə yiyələnmək üçün həm praktiki, həm də nəzəri biliklərdən faydalanırlar. Bu istiqamət üzrə yerli banklarda nəzəri bazanın artırılması, risk menecerlərin beynəlxalq  təlim, seminarlarda iştirakına imkanların yaradılması  daha sonra  Azərbaycanda  fəaliyyət göstərən təşkilatlar, tədris mərkəzləri, banklar, xarici audit şirkətləri tərəfindən təşkil olunmuş mühüm beynəlxalq təlimlər misal göstərilə bilər. Risklərin idarə olunması üzrə nəzəri bilik səviyyəsindən praktiki səviyyəyə keçmişik desək, yanılmarıq.

   Risk menecerlərə oxumaq üçün kitab tövsiyyə edəsi olsaydınız bu hansı kitab olardı?

Son zamanlar bu sahəyə maraq risk-menecment mədəniyyətinin Azərbaycanda inkişafına  təkan olur. Yeni başlayan risk-menecerlər üçün GARP-ın təsis etdiyi “Banklarda risklərin idarəolunması”, daha təcrübəli risk-menecerlər üçün Con Holun “Risklərin idarəolunması”, “Risk-menecment və maliyyə institutları”, Maykl Krounun “Risk-menecmentin əhəmiyyəti”, Qanter Lövlerın “Kredit risklərin modelləşdirməsi üçün excell və vba istifadəsi” kitabını tövsiyə edərdim. Təbii ki, professionallar üçün FRM sertifikatlaşdırma proqramına baş vurmaları məqsədəuyğun olar.

 Hazırda risklərin idarə edilməsi sahəsi Azərbaycan bank sektorunda çox gənc olmasına baxmayaraq, ona maraq da bir o qədər çoxdur. Risk menecer olmaq istəyən ali təhsilli gənc bu peşəyə necə sahib ola, öyrənə bilər? 

Xüsusilə qeyd etmək istərdim ki, risklərin idarə olunması bir fənn kimi ali təhsil ocaqlarında tədris olunmalıdır. Çox təəssüf ki, bu sahə üzrə tədris fənni ya mövcud deyil, ya da bankçılıq fənni tərkibində qismən tədris olunur.

Siz düzgün qeyd etdiniz ki, bu sahəyə maraq ilbəil artır, gənclərin bu sahəyə marağı çox sevindirici hal kimi qiymətləndirilir. Bu istiqamət üzrə ARPA-nın istər professional risk-menecerlər, istərsə də bu sahəyə yeni başlayan gənclər üçün yaratdığı imkanları  xüsusi qeyd etmək istərdim. Sualın cavabı olaraq, bu kimi təşkilatlar, tədris mərkəzləri tərəfindən mütəmadi olaraq treninq, seminarlarda iştirak etmək, praktiki və nəzəriyyə biliklərini artırmaq və gələcək karyeralarını Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında qura bilərlər.

Son xəbərlər
Digər xəbərlər