“Rabitabank” ASC İT departamentinin Proqram təminatı şöbəsinə web proqramçı vəzifəsinə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
- Yeni Web proyektlərin yaradılması;
- Cari Web proyektlərdə dəyişikliklər və onlara dəstək;
- WebService -lərin yazılması;
- Mövcud WebService -lərə dəstək;
- Departamentin əməliyyat planı ilə uyğun gələn göstəriş və tapşırıqların, bilavasitə rəhbərini məlumatlandırmaqla icra olunması.
Namizədə qarşı tələblər:
- Müvafiq sahədə (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.) ali təhsilli olmalı;
- Tələb olunan sahə üzrə ən az 3 il iş təcrübəsi olmalı (bank sektorunda təcrübəsi olanlara üstünlük verilir);
- Bank və maliyyə proyektləri üzrə iş təcrübəsinə malik olmalı;
- C#, ASP.NET, PHP, Java, Spring, WebServices (RESTful, SOAP), Jax-WS, JavaScript üzrə bilikləri olmalı
Davranış səriştələri:
- Analitik düşünmə qabiliyyəti;
- Böyük baza ilə işləmək qabiliyyəti;
- Fərdi və komanda şəklində işləyə bilmək bacarığı;
- Ünsiyyət qurmaq və təqdim etmə bacarığı;
- Diqqətlilik, operativlik, məsuliyyətlik və punktuallıq kimi müsbət göstəricilərə malik olmalı;
Göstərilən tələblərə cavab verən namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.
Əlaqə vasitələri:
E-mail: career@rabitabank.com
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33