10 C
Baku
Wednesday, December 11, 2024

Mühasibatlıq departamentinə, Baş mühasibin müavini – “Rabitabank” ASC 

“Rabitabank” ASC  Mühasibatlıq departamentinə, Baş mühasibin müavini vəzifəsinə işə qəbul elan edir.

 

Vəzifə öhdəlikləri:

  • Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatasına və Vergi orqanlarına təqdim olunan hesabatların hazırlanması;
  • Departamentin işçiləri tərəfindən aparılan mühasibat yazılışlarının yoxlanılması və təsdiqlənməsi;
  • Əməliyyat günü ərzində balansın açılması və bağlanmasının təmin edilməsi;
  • Əsas vəsaitlərin uçotunun aparılması;
  • Mühasibatlıq məsləhəti funksiyalarının qurulması və struturun fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;
  • Departamentin əməliyyat planı ilə uyğun gələn göstəriş və tapşırıqların, bilavasitə rəhbərini məlumatlandırmaqla, icra olunması.

Namizədə qarşı tələblər:

  • Ali təhsilli olması (iqtisadiyyat və maliyyə sahəsi arzuolunandır);
  • Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatları olan namizədlərə üstünlük verilir;
  • Banklar haqqında qanunvericiliyə müvafiq olaraq məqbul və lazımi biliklərə malik olması;
  • Bank mühasibatlığında ən azı 5 illik  iş təcrübəsinin olması;
  • Vergi və bank fəaliyyətini tənzimləyən qanunvericiliyin tələblərini yüksək səviyyədə bilməsi.

Davranış səriştələri:

  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Yüksək kommunikasiya qabiliyyəti;
  • Fərdi və komanda şəklində işləyə bilmək bacarığı;
  • Təşəbbüskarlıq, operativlik və məsuliyyətlik kimi mübət keyfiyyətlərə malik olması.

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.

Əlaqə vasitələri:

E – mail :  career@rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Son xəbərlər
Digər xəbərlər