10 C
Baku
Wednesday, December 11, 2024

Maliyyə Bazarlarına Nəzarət Palatasında iclas keçirildi

Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata)  “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında Palatanın əsas icraçısı olduğu, eləcə də digər icraçısı olduğu strateji yol xəritələri üzrə tədbirlərin icra vəziyyətinin müzakirəsinə dair növbəti iclas keçirildi. Bu barədə Banker.az-a Palatadan məlumat daxil olub.

Palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda qeyd edilən strateji yol xəritəsinin icrası məqsədilə yaradılan əməliyyat planına uyğun cari ilin noyabr ayı ərzində həyata keçirilmiş tədbirlərin müzakirəsi aparıldı və növbəti ay üçün keçirilməsi nəzərdə tutulan tədbirlər planı açıqlandı.

Tədbirlər planının icrasının koordinasiya işlərinin daha effektiv aparılması məqsədi ilə 16 prioritet üzrə yaradılmış işçi qruplarının rəhbərləri tərəfindən görülən işlər və keçirilən görüşlər barədə hesabat məruzələri dinlənildi, icra mərhələsində olan tədbirlərin qiymətləndirilməsi və gözlənilən nəticələr ətrafında fikir mübadiləsi aparıldı.  İkinci yarımillikdən etibarən hər ay keçirilən strateji yol xəritəsinin icrası ilə bağlı iclasda bu dəfə də növbəti ay üçün nəzərdə tutulan tədbirlərin vaxtında icrasına dair aidiyyəti struktur bölmələrə müvafiq təklif və tövsiyələr verildi.

Son xəbərlər
Digər xəbərlər