2017-ci il noyabrın 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 280,1 mln. manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.
Son 1 ildə əhalinin banklarda yerləşdirdiyi əmanətlərin həcmi 133 mln. manat və ya 1,79% azalıb.
Bununla yanaşı, bu ilin sentyabr ayı ilə müqayisədə oktyabrda əmanətlərin həcmi 257,9 mln. manat və ya 3,67% artıb.