Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə açıqlama verilib.
Banker.az bu barədə AMB-nin yaydığı məlumata istinadən xəbər verir.
Məlumata görə, 11 dekabr 2017-ci il, 11:00-11:15 radələrində keçirləcək hibrid formatlı hərracda 400 milyon manat cəlb olunması nəzərdə tutulur.
Bloommberg ticarət platformasında keçirləcək bu hərracın müddəti 14 gündür.Faiz dərəcəsi əvvəlki dövrlərdə olduğu kimi dəyişməz qalıb: 10,01% – 14,99%.
Xatırlıadaq ki, bu, indiyə qədər cəlb olunması nəzərdə tutulan ən iri həcmli depozit hərracıdır. Son ən böyük həcm ötən ayda 300 mln. manatla qeydə alınmışdı.