Banker.az xəbər verir ki, Almaniyanın nəhəng Deutsche Bank bankının baş iqtisadçısı Torsten Slok 2018-ci ildə baş verə biləcək əsas iqtisadi təhlükələrin siyahısını təqdim edib. Sözügedən siyahıya 30 mümkün təhlükə daxildir.
Maraqlıdır ki, hazırda iqtisadi sahədə əsas gündəm mövzusu olan Bitcoin rəqəmsal valyutası da növbəti il baş verə biləcək təhlükələr sırasındadır.
Bloomberg agentliyinin nəşr etdiyi siyahıda Bitcoin kriptovalyutası ilə yanaşı aşağıdakı təhlükələr də yer alıb:
● Şimali Koreya
● Brexit
● Çinin daşınmaz əmlak bazarında “köpük”
● İtaliyada seçkilər
● Rusiyada prezident seçkiləri
● ABŞ-da artan əmlak bərabərsizliyi
●ABŞ fond bazarlarında korreksiya
Bankın analitiklərinin fikrincə, Bitcoin kriptovalyutasının məzənnəsinin enməsi hazırda fəal şəkildə kriptovalyutaya yatırım edən nəhəng investorlara ciddi zərər vura bilər.