12 C
Baku
Tuesday, May 7, 2024

Agent banklar ilin ilk 9 ayında 149 mln. AZN məbləğində ipoteka verib

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 149 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 135,4 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.

Oktyabr ayında AİF-in agent bankları tərəfindən 18,6 mln. manat məbləğində ipoteka krediti verilib.

AMB-nin məlumatına görə, yanvar-oktyabr aylarında fond 73,2 mln. manat məbləğində krediti (artım 2,2 dəfə) təkrar maliyyələşdirib.

Hesabat dövründə AİF 210 mln. manat məbləğində istiqraz yerləşdirib (2016-cı ilin yanvar-oktyabr aylarında istiqraz yerləşdirilməyib – İF).

AİF yanvar-oktyabr aylarında sosial ipotekanın verilməsi üçün dövlət büdcəsindən 40 mln. manat, oktyabr ayında 4,6 mln. manat alıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər