Palata: Bank sektoru mənfəətliliyini qoruyur

2017-ci il noyabrın 1-nə bank sektorunun xalis mənfəəti 549,6 mln. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata istinadən, oktyabrda bankların faiz gəlirləri 1 mlrd. 582,3 mln. manat, faiz xərcləri isə 740,8 mln. manat olub. Qeyd edək ki, banklar oktyabrda kreditlər üzrə faizlərdən 1 mlrd. 168,5 mln. manat əldə edib.

Hesabat dövrü ərzində banklar tərəfindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 309,6 mln. manat vəsait ayrılıb.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər