2013-cü ilin qışında 11 həftə ərzində hiyləgər bir oğru Nyu-York bank müəssisələrinin bir çox bölmələrini qorxu içində saxlayırdı. Həmin oğru o qədər mahircəsinə soyğunçuluq edirdi ki, heç kəsdə şübhə yaratmırdı və bir dəfə belə olsun kimsə həyəcan siqnalını işə salmamışdı. Ümumiyyətlə, soyğunçuluq hadisəsini adətən gec aşkarlayırdılar.
Bunların səbəbi soyğunçunun bankın ən çox qoruduğu əşyaları – pulları- mənimsəmək istəməməsində idi. Bu məqalənin qəhrəmanının nəyi qarət etdiyi bir çoxlarını heyrətə gətirəcək. Soyğunçunun bankdan çıxartdığına əsl oğrular heç fikir belə verməzdilər.
Bir sözlə, sirli soyğunçunu xalçalar maraqlandırırdı… Bir çox bankların girişində sərilmiş xalçalar. Daha sonralar polislər soyğuna məruz qalmış bankların siyahısını tutmuşdu. Bu siyahıya böyük altı bank təşkilatları daxil edilmişdi. Lakin bu siyahı tam deyildi.
Amerikanın qədim Cey – Pi- Morqan- Çeyz institutunun mətbuat katibi «Otuz yeddi xalça soyğunu hadisəsi», – olduğunu bəyan etmişdi. Xalçaların oğurlandığı və onların oğurlandığının aşkarlandığı andan nə qədər vaxt keçdiyi dəqiq məlum deyildi. Yəqin ki, xalçanın yoxluğu hansısa yağışlı bir gündə aşkarlanırdı.
Nəhayət, kimsə bu işlə məşğul olmağa başlayır. Və xalçanın oğurlandığı haqqda ilk məlumat 4 mart Medison- avenyu bölməsində qeydə alınmışdı. İlkin olaraq soyğunçu bir xalça oğurlamışdı, sonra isə altı gündən sonra günorta radələrində buradan yenidən ikinci xalçanı oğurlamışdı.
«Bank» soyğunçusu öz cinayətkar davranışlarını əsasən Manxetten adasında həyata keçirmişdi. Onu nə küçədə insanların olması, nə izləmə kameraları qorxutmurdu. O, səhər, insanların küçələrdə və bankda ən çox olan vaxt, banklardan xalçaları oğurlayırdı, və Brodveydə bir bank filialından iki dəfə xalça aparmışdı, və bank filialın birinə beş müxtəlif səfərlər zamanı altı xalça oğurlamışdı.
Soyğunçunun kredit kartına ehtiyacı olduğu zaman isə o, bankın xidmətlərindən istifadə edərkən yalnız bir banka müraciət edirdi. Polislər daha sonra aşkarladığı kimi, həmin kredit kartı Pensilvaniya vağzalında bir qadının çantasından oğurlanmışdı. Məhz bu kredit kartı sayəsində soyğunçunun xalça oğurlamaq üçün yenidən banka girəcəyi dəqiq vaxtı təyin etmək mümkün olmuşdu.
Sirli bank xalçaları soyğunçusu daha öncə məhkumluğu olan 55 yaşlı Uilyam Futman idi. Həbs edilməsindən dərhal sonra onun sağlam olmadığı aşkarlanmışdı və o, Nyu-York xəstəxanası Belvünin həbsxanasına göndərilir. Futman əvvəllər narkotik ticarətinə görə məhkum olmuşdu və 1990-cı ildən etibarən dəfələrlə həbs olmuşdu. Son dəfə o, 2001-ci ildə narkotiklərin yayılmasında günahlandırılması ilə məhkum olmuşdu və üç ildən sonra azadlığa çıxmışdı. Bu yaxınlarda infeksion xəstəlik keçirtməsi nəticəsində onun çiyni əməliyyat olunmuşdu. Buna görə soyğunçu hələ də istintaq altındadır.
“The New York Times” qazetinə verdiyi müsahibədə o, günahsız olduğunu bəyan etmişdi. Lakin daha sonra aydınlıq gətirərək, ən sonuncu hadisədə günahsız olduğunu bildirmişdi.
Onun sözlərinə görə, həmin xalçı “Imperial Carpet” şirkətinin xalçasıdır və o, guya ki, həmin şirkətdə çalışırdı. Mart ayına qədər oğurlanmış bütün xalçaların soyğununa bir adiyyatının olmadığını iddia edirdi. “Mən o zaman heç şəhərdə belə deyildim”, – Futman deyir. Bundan savayı, o, həmçinin iş yerində xalçaları ona pulsuz verildiyini deyirdi. O, orada 1970-ci ildən etibarən ailəsini dolandırmaq üçün işlədiyini bəyan etmişdi. “Mənim 15 qızım var. Onlar artıq böyüyüblər. Və indi mən elə hiss edirəm ki, sanki mənim 15 anam var”, – deyə soyğunçu etiraf edir.
Uilyam bir il ərzində işsiz olduğunu da etiraf etmişdi. Buna görə o, xalçalar oğurlamağa başlamışdı.
«Deyəsən yeddi dənə xalça. Bütün şəhər üzrə. Gecələr. Heç vaxt iş başında tutulmamışdım», – deyə Futmaan etiraf edir.
Bəs o, xalçaları nə edirdi?
«Mən onları şərab piştaxtalarında satırdım. Onların adətən döşəmələri yaş olur», – hiyləgər soyğunçu bəyan etmişdi. Hər xalçaya görə o, 30 dollar və daha çox pul alırdı.
Polislər Futmanın hər şeyi etiraf etdiyini bəyan etmişdi, lakin Uilyamın özü bunların hamısının yalan olduğunu deyir. Bir şey aydındır ki, soyğunçunun iş yeri və ailəsi haqqında dediklərini təsdiq etmək mümkün olmamışdı. “Imperial Carpet” şirkətinin əməkdaşı heç vaxt belə bir işçi haqqında eşitmədiyini demişdi. Uilyamın özü isə qızlarının və həyat yoldaşının adlarını deməkdən imtina etmişdi.